"Brent" markalı neft 55,70 dollara qədər ucuzlaşıb

"Brent" markalı neft 55,70 dollara qədər ucuzlaşıb
01:32 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Neftin dünya qiymətləri Amerikanın Neft İnstitutu (API) və ABŞ-ın Energetika Nazirliyinin ölkədə "qara qızıl" ehtiyatlarına dair cümə axşamı gözlənilən məlumatları fonunda aşağı düşməkdədir.
"Report" xəbər verir ki, bu barədə elektron birjalarda keçirilən hərracların nəticələri deməyə əsas verir.
Bakı vaxtı ilə çərşənbə günü 20.40-a olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının aprel fyuçerslərinin qiyməti 1,69 faiz aşağı düşərək bir barelə görə 55,70 dollara çatıb. WTI markalı yüngül neftin aprel fyuçersləri isə 1,56 faiz aşağı düşərək bir barel üçün 53,48 dollar təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/brent-markali-neft-55-70-dollara-qeder-ucuzlasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR