Çempionlar Liqası: “Sevilya” və “Yuventus”dan qələbə

Çempionlar Liqası: “Sevilya” və “Yuventus”dan qələbə
01:49 23 Fevral 2017
118 Digər
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında 1/8 final mərhələsində ilk oyunlara yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan son iki matçda “Porto” “Yuventus”u, “Sevilya” isə “Lester”i qəbul edib.

 

"Yuventus" səfərdə qələbə qazanaraq cavab matçı öncəsi böyük üstünlük əldə edib. Pyaça və Dani Alvesin qolları ilə "Porto"nu məyus edən "qoca sinyora" Turindəki görüşü formallığa çevirib.

 

İngiltərənin son çempionu "Lester" isə İspaniya səfərindən məğlub qayıtsa da, tur şanslarını saxlayır. Ranyerinin komandası 1:2 hesablı yenilgiyə rəğmən səfərdə vurduğu qola ümid edə bilər.

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

22 fevral

 

“Porto” (Portuqaliya) – “Yuventus” (İtaliya) - 0:2

Qollar: Pyaça, 72, Dani Alves, 74

 

“Sevilya” (İspaniya) – “Lester” (İngiltərə) - 2:1

Qollar: Sarabia, 25, Korrea, 62 - Vardi, 73

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268301

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR