Çempionlar Liqası: "Yuventus" və "Sevilya" qələbə qazanıb

Çempionlar Liqası: "Yuventus" və "Sevilya" qələbə qazanıb
01:52 23 Fevral 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
"Report" xəbər verir ki, son 2 matç favoritlərin qələbələri ilə nəticələnib.
"Yuventus" "Portu"nu səfərdə ikinci hissədə 2 dəqiqə ərzində vurduğu 2 qolla məğlub edib. Oyunda fərqlənən futbolçuların hər ikisi - Marko Pyatsa və Dani Alves meydana sonradan daxil olublar və bir neçə dəqiqəyə rəqib qapıçını məyus etməyi bacarıblar. Bundan əlavə, "Portu"nun braziliyalı sol cinah müdafiəçisi Aleks Telles qırmızı vərəqə alaraq meydandan qovulub.
"Sevilya" isə evdə turnirin debütantı "Lester"i minimal fərqlə yenib. Qələbə topunun müəllifi oyunda penaltini qaçıran Xoakin Korrea olub. İngiltərə çempionunun bombardiri Ceymi Vardinin hesab arasındakı fərqi azaltması cavab matçına böyük ümid verib. Çünki "Lester"ə cütün qalibi olmaq üçün öz meydanında 1:0 hesablı qələbə də yetərlidir.
Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar
22 fevral
23:45 "Portu” (Portuqaliya) – "Yuventus” (İtaliya) - 0:2
Qollar: Marko Pyasa, 72, Dani Alves, 72
Qırmızı vərəqə: Aleks Telles, 27 ("Portu", ikinci sarı)
Baş hakim: Feliks Brıx (Almaniya)
Portu. "Draqau” stadionu


23:45 "Sevilya” (İspaniya) - "Lester” (İngiltərə) - 2:1

Qollar: Pablo Sarabya, 25, Xoakin Korrea, 62 - Ceymi Vardi, 73
13-cü dəqiqədə Xoakin Korrea ("Sevilya") penaltidən dəqiq istifadə edə bilməyib
Baş hakim: Kleman Tyurpan (Fransa)
Sevilya. "Ramon Sançes-Pisxuan” stadionu


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasi-yuventus-ve-sevilya-qelebe-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR