Çempionlar Liqası: "Yuventus" "Porto"ya şans vermədi, "Sevilya" İngiltərə çempionundan üstün oldu (VİDEOLAR)

Çempionlar Liqasında 1/8 finalın növbəti görüşləri keçirilib.

Metbuat.az-ın məlumatına görə, "Yuventus" "Porto"nun qonağı olub. "Qoca Sinyora" ikinci hissədə Pyatsa və Alveşin vurduğu qollar sayəsində 2:0 hesablı qələbə qazanıb.

Gecənin digər matçında isə ev sahibləri sevinib. "Sevilya" İngiltərə çempionu "Lester"dən üstün olub: 2:1.

Çempionlar Liqası

1/8 final, ilk görüşlər

"Porto" - "Yuventus" - 0:2

Qollar: Pyatsa (72), Alveş (74)

"Sevilya" - "Lester" - 2:1

Qollar: Sarabiya (25), Korrea (62) - Vardi (73)

Hər iki oyunun videoicmalını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR