"Real" səfərdə "Valensiya"ya məğlub olub

"Real" səfərdə "Valensiya"ya məğlub olub
02:12 23 Fevral 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatının 16-cı turunda "Valensiya" evdə "Real"ı qəbul edib.
"Report" xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Yarasalar" artıq 4-cü dəqiqədə Simone Dzadzanın qolu ilə hesabı açıblar. Beş dəqiqə sonra Fabian Orelyana fərqi iki topa çatdırıb. Qonaqlar qollardan yalnız birinin əvəzini çıxa biliblər. Kriştianu Ronaldu 41-ci dəqiqədə adını tabloya yazdırıb.
İspaniya çempionatı, XVI tur
"Valensiya" – "Real" - 2:1
Qollar: Dzadza, 4, Orelyana, 9 – Ronaldu, 41.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/real-seferde-valensiya-ya-meglub-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR