"Real"ın mövsümdə 2-ci məğlubiyyəti - FOTO/VİDEO

"Real"ın mövsümdə 2-ci məğlubiyyəti - FOTO/VİDEO
02:13 23 Fevral 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə İspaniya çempionatında 16-cı turdan təxirə salınan "Valensiya" - "Real" oyunu keçirilib.

Publika.az xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Yarasalar" artıq 4-cü dəqiqədə Simone Zazanın qolu ilə hesabı açıblar. Beş dəqiqə sonra Fabian Orelyana fərqi iki topa çatdırıb. Qonaqlar qollardan yalnız birinin əvəzini çıxa biliblər. Kriştiano Ronaldo 41-ci dəqiqədə adını tabloya yazdırıb.

İspaniya çempionatı, 16-cı tur

"Valensiya" – "Real" 2:1

Qollar: Zaza, 4, Orelyana, 9 - Ronaldo, 41.
















Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/188938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR