Avtobusla "KamAZ" toqquşdu - 20 nəfər...

Avtobusla "KamAZ" toqquşdu - 20 nəfər...
02:33 23 Fevral 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Kamçatka diyarında ağır yol qəzası baş verib.

Publika.az "TASS"-a istinadən xəbər verir ki, sərnişin avtobusu ilə “KamAZ” yük maşınının toqquşması nəticəsində 20 nəfər xəsarət alıb.

Petropavlovsk-Kamçatskiy şəhərindən Milkovo qəsəbəsi istiqamətində hərəkət edən avtobusda 25 nəfər olub. Qəza nəticəsində sürücü və dörd sərnişin avtobusda sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə polis, təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR