Nigeriyada arxeoloji qazıntı aparan alman alimlər oğurlanıb

Nigeriyada arxeoloji qazıntı aparan alman alimlər oğurlanıb
03:07 23 Fevral 2017
115 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Nigeriyanın Kaduna ştatında naməlum silahlı şəxslər Almaniyadan olan arxeoloq və onun həmkarını oğurlayıblar.
"Report" xəbər verir ki, yerli polis nümayəndəsinin sözlərinə görə, təhlükəsizlik qüvvələri və yerli sakinlər oğurlanan şəxslərin xilas edilməsi üzrə əməliyyata başlayıblar.
Oğurlanmış alim Frankfurt Universitetinin arxeoloqlar qrupunun rəhbəridir. Canilər tədqiqatda iştirak edən iki qadın arxeoloqa dəyməyiblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nigeriyada-arxeoloji-qazinti-aparan-alman-alimler-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR