Budapeşt Olimpiya oyunlarından imtina etdi

Budapeşt Olimpiya oyunlarından imtina etdi
03:28 23 Fevral 2017
116 İdman
Ölkə mətbuatı
A- A+

Macarıstanın paytaxtı Budapeşt 2024-ci ilin Olimpiya oyunlarına ev sahibliyi müraciətini geri götürəcək.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə qərar Macarıstanın hökumət rəhbəri Viktor Orban, Budapeşt meri İştvan Tarloş və Milli Olimpiya Komitəsinin sədri Jolt Borkainin birgə görüşündən sonra verilib.

Beləliklə, 2024-ci ilin Yay Olimpiya oyunlarına ev sahibliyinə namizəd iki şəhər qaldı – Paris və Los-Anceles.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/188940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR