Smartfon sahibləri: ehtiyatlı olun

Smartfon sahibləri: ehtiyatlı olun
07:42 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

İctimai yerlərdə aktiv yayılan smartfon və digər cihazlar üçün enerjidoldurma qurğuları fərdi məlumatlar üçün ciddi təhlükə törədə bilər. "Authentic8" təşkilatının ekspertləri bu qənaətə gələrək, məsələn, ticarət mərkəzində və ya metroda quraşdırılan "USB" portlarından istifadə etməyi tövsiyə etmirlər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlərin sözlərinə görə, haker texnologiyalarının görünməmiş inkişaf səviyyəsinə çatması nəticəsində smartfonlar üçün enerjidoldurma qurğularının ictimai portlarını xüsusi şəkildə modifikasiya edən cinayətkarlar qurbanın bu nöqtəyə yalnız qurğusunu qoşmasını gözləyir. "Yerdə qalan isə texnikanın işidir", - mütəxəssislər qeyd ediblər.

Ekspertlər izah ediblər ki, smartfonun enerji ilə doldurulması üçün istifadə olunan çıxış eyni anda məlumatları da ötürə bilər. Məxfi informasiyanı oğurlayan hiyləgər hakerlər məhz bundan istifadə edirlər.

Qurğu ictimai yerdə enerji ilə doldurulan zaman başqa insanların görməsi üçün nəzərdə tutulmayan fotoşəkillər, kontaktlar, messencerlərdə yazışmalar, bank informasiyası, eləcə də smartfonun yaddaşında saxlanan bütün digər məlumatlar potensial risklə üzləşir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/519804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR