Sovet aktyor Aleksey Petrenko vəfat edib

Sovet aktyor Aleksey Petrenko vəfat edib
08:27 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Aktyor Aleksey Petrenko 79 yaşında dünyasını dəyişib.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın Kinematoqrafçılar İttifaqının saytında məlumat yerləşdirilib.
"Rusiyanın görkəmli aktyoru Aleksey Petrenko 22 fevral 2017-ci il tarixində qəflətən dünyasını dəyişib", - deyə məlumatda bildirilir.
Sovet və Rusiyanın teatr və kino aktyoru Aleksey Petrenko 26 mart 1938-ci ildə Çerniqov vilayətinin Çemer kəndində dünyaya gəlib.
Onun kinoda debütü 1967-ci ildə "Günəş və yağış günü" filmində olub. Artist 80-dən çox filmdə, o cümlədən "Amansız romans", "İf qəsrinin dustağı", "Aqoniya", "Məni döşəmənin altında basdırın", "Müharibəsiz 20 gün" kimi filmlərdə rol alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/rusiyali-aktyor-aleksey-petrenko-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR