Hindistanda hərbi konvoya silahlı hücum olub, ölənlər var

Hindistanda hərbi konvoya silahlı hücum olub, ölənlər var
08:47 23 Fevral 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Hindistanın Cammu və Kəşmir ştatında hərbi konvoya edilən silahlı hücum nəticəsində ən azı 3 hərbçi ölüb, daha 4 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
İnsident cümə axşamına keçən gecə ştatın Şopian dairəsində, hərbçilər kontr-terror əməliyyatından geri qayıdan zaman qeydə alınıb.
Silahlılara cavab atəşi açılsa da, onlar ərazidən uzaqlaşa biliblər. Atışma zamanı hərbçilərlə yanaşı evində ikən güllə yarası alan qadın da ölüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hindistanda-herbi-konvoya-silahli-hucum-olub-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR