“Çelsi” – “Mançester Yunayted” oyununun vaxtı açıqlandı

“Çelsi” – “Mançester Yunayted” oyununun vaxtı açıqlandı
08:47 23 Fevral 2017
145 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə FA kubokunda 1/4 final oyunlarının keçirilmə vaxtı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, sadəcə 1 oyundan ibarət olan mərhələnin matçları 3 gün ərzində baş tutacaq.
 
Yarımfinala çıxmaq uğrunda yarışan cütlərdən biri də "Mançester Yunayted" - "Çelsi" qarşılaşmasıdır. Xüsusilə, bu görüş böyük maraqla gözlənilir.
 
Qeyd edək ki, İngiltərə Futbol Federasiyasının qərarına əsasən bu mərhələnin görüşlərində əlavə vaxta ehtiyac olarsa, komandalara 4-cü oyunçu dəyişikliyini etməyə icazə veriləcək.
 
İngiltərə FA Kuboku

1/4 final

11 mart
"Midlsbro" - ""Haddersfild"/"Mançester Siti"

21:30. "Arsenal" - "Linkoln Siti"

12 mart
18:00. "Tottenhem" - "Milluoll"
 
13 mart
23:45. "Çelsi" - "Mançester Yunayted"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR