"Brent" markalı neft ucuzlaşıb

"Brent" markalı neft ucuzlaşıb
09:05 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Neftin dünya qiymətləri Amerikanın Neft İnstitutu (API) və ABŞ-ın Energetika Nazirliyinin ölkədə "qara qızıl" ehtiyatlarına dair cümə axşamı gözlənilən məlumatları fonunda aşağı düşməkdədir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə elektron birjalarda keçirilən hərracların nəticələri deməyə əsas verir.
Bakı vaxtı ilə çərşənbə günü 20.40-a olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının aprel fyuçerslərinin qiyməti 1,69 faiz aşağı düşərək bir barelə görə 55,70 dollara çatıb. WTI markalı yüngül neftin aprel fyuçersləri isə 1,56 faiz aşağı düşərək bir barel üçün 53,48 dollar təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/520311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR