Sumqayıt Kimya Sənaye Parkı kotirovka sorğusu keçirir

Sumqayıt Kimya Sənaye Parkı kotirovka sorğusu keçirir
09:12 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında “Sumqayıt Kimya Sənaye Parkı” MMC 2017-ci ildəki maliyyə-təsərrüfat fəaliyyətinin auditi xidmətinin satın alınması üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, sorğuda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) və digər zəruri sənədlər martın 1-nə qədər Parkın ofisinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanına (“Demirchi Tower” biznes mərkəzinə) təqdim edilməlidir. Əlaqələndirici şəxs Abbas Mamedovdur. Telefon: (012) 488-80-65.
Təkliflərə martın 2-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/sumqayit-kimya-senaye-parki-kotirovka-sorgusu-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR