"Azərreyl" klubu Çempionlar Liqasında V tur matçına çıxacaq

"Azərreyl" klubu Çempionlar Liqasında V tur matçına çıxacaq
09:22 23 Fevral 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azərreyl" klubu bu gün Çempionlar Liqasında V tur matçına çıxacaq. "Report"un məlumatına görə, rəqib Türkiyə "Fənərbağça"sı olacaq.
Bakıdakı Voleybol Mərkəzində keçiriləcək görüşü rusiyalı ALeksandr Pavlov və yunanıstanlı Epaminondos Gerotodorosdan ibarət hakimlər briqadası idarə edəcək.
4 turdan sonra "Fənərbağça" 12 xalla C qrupuna başçılıq edir və növbəti mərhələyə vəsiqəni təmin edib. 9 xalla 2-ci pillədə olan "Azərreyl" də bu hüquqa vaxtında əvvəl yiyələnmək üçün Türkiyə təmsilşisindən 2 set almağı bacarmalıdır.
Qeyd edək ki, oyun saat 18:00-da başlanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/bu-gun-azerreyl-klubu-cempionlar-liqasinda-v-tur-matcina-cixacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR