Hərbi konvoya silahlı hücum: ölənlər var

Hərbi konvoya silahlı hücum: ölənlər var
09:27 23 Fevral 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Cammu-Kəşmir ştatında hərbi konvoya edilən silahlı hücum nəticəsində ən azı 3 hərbçi ölüb, daha 4 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
İnsident cümə axşamına keçən gecə ştatın Şopian dairəsində hərbçilər antiterror əməliyyatından geri qayıdan zaman qeydə alınıb.
Silahlılara cavab atəşi açılsa da, onlar ərazidən uzaqlaşa biliblər. Atışma zamanı hərbçilərlə yanaşı, evində ikən güllə yarası alan qadın da ölüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR