Metronun “Nizami” stansiyasında eskalator 1 aylıq təmirə dayandırılır

09:47 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 09:42 ]

Bakı. Aynur Əliyeva - APA-Economics. “Bakı Metropoliteni” QSC-nin “Nizami” stansiyasında fəaliyyət göstərən 3 saylı eskalator əsaslı təmirə dayandırılır.

Bunu “APA-Economics”ə “Bakı Metropoliteni”nin İctimaiyyətlə əlaqələr və mətbuat katibliyinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

 

N. Paşayev bildirib ki, bununla bağlı bütün hazırlıqlar görülüb: “Yanvarın 8-dən təmirə dayandırılacaq eskalatorun bütün hissələri söküləcək. Fevralın 7-ə qədər eskalatorun yenidən istifadəyə verməsi planlaşdırılır”.

 

Qeyd edək ki, 3 saylı eskalatorun əsaslı təmirə dayandırılması planlaşdırılmış işlər çərçivəsində həyata keçirilir. Hər bir eskalator müəyyən edilmiş yürüş məsafəsini tamamladıqdan sonra cari və əsaslı təmirə dayandırılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368220

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR