Kimsəsiz uşaqlar evində 13 yaşlı qız zorlandı - "Məni tualetdə..."

Kimsəsiz uşaqlar evində 13 yaşlı qız zorlandı - "Məni tualetdə..."
09:52 23 Fevral 2017
196 Dünya
Ölkə mətbuatı
A- A+

Kasımpaşa uşaq evində sürücü olaraq çalışan Serkan Ç.-nin 13 yaşlı İ.P.-ni cinsi istismara məruz qoyduğu iddia edilir.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, hər şey 13 yaşlı İ.P.-nin başına gələnləri uşaq evinin müdirinə danışmasıyla ortaya çıxıb. Valideynləri boşandıqdan sonra 2 bacısıyla birlikdə kimsəsiz uşaqlar evinə verilən 13 yaşlı İ.P.-nin həyatı kabusa dönüb.

Zorakılıq əməlinin prokurorluğa ötürülməsinin ardından ifadə verən İ.P. yurdda baxdıqları pişiyi axtarmaq üçün zirzəmiyə endiyini və arxasınca gələn sürücü Serkan Ç.-nin onu sürüyərək qazanxanaya apardığını söyləyib. Serkan Ç. mühərriki qoşduğu üçün səs-küydən kömək çağırışının eşidilmədiyini deyən İ.P.: "Əvvəl də məni tualetdə sıxışdıraraq təcavüz etdi. Ancaq hər dəfə qorxduğum üçün heç kimə deyə bilmirdim", - ifadəsini verib.

Prokurorun təlimatıyla təhlükəsizlik kamerası qeydləri izlənilib. Azyaşlı qız Ədliyyə Tibb Mərkəzində müayinədən keçirilib. Serkan Ç. isə həbs olunub.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR