​Hıçqırığın tutub? - Tez keçməsi üçün bunları et!

Hıçqırıq sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran diafraqma əzələsinin birdən sıxılması nəticəsində reallaşan ani nəfəs alışıdır.

Hıçqırıq tutması adətən mədə qazı, isti və ədviyyatlı yeməklər və sinir pozğunluğundan qaynaqlana bilir.

2 saat və daha artıq davam edən ürək, qaraciyər, bağırsaq və pankreas, plevrit xəstəlikləri ilə bağlı olan hıçqırıqlar da var.

Metbuat.az diafraqmanın idarə edilməməsi nəticəsində yaranan hıçqırıqlardan qurtulmağın yollarını təqdim edir:

  • Önə doğru əyilərək su içmək.
  • Yarım çay qaşığı sirkəni suyla qarışdırıb için.
  • Bir çay qaşığı şəkər tozunu ağzınızda udmadan əriməsini gözləyin, üstündən bir bardaq su için.
  • Fısdıq əzməsi udun.
  • Bir bardaq suya yarım limon sıxıb için.
  • Kisə kağızının içindən nəfəs alıb-verin.
  • Bir qaşıq çobanyastığını suda saxlayıb için.
  • Bir qaşıq hili bir bardaq su ilə qarışdırıb, 10 dəqiqə saxladıqdan sonra için.
  • Nəfəsinizi tuta bildiyiniz qədər tutun və yavaş bir şəkildə verin. Bu prosesi bir dəfə təkrarlayın.
  • 1 bardaq soyuq suya 1 qaşıq bal əlavə edin və bunu için.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR