İtaliyalı nazir: "TAP bizim üçün ən böyük enerji layihəsi hesab olunur"

İtaliyalı nazir: "TAP bizim üçün ən böyük enerji layihəsi hesab olunur"
10:07 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanda hasil olunan təbii qazı Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi İtaliya üçün böyük əhəmiyyət kəsb edir. 
"Report" xəbər verir ki,bunu Bakıda səfərdə olan İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda jurnalistlərə bildirib. 
Nazir qeyd edib ki, TAP-la bağlı İtaliyada işlər davam etdirilir: "Bu layihə bizim üçün prioritetdir. Belə böyük infrastruktur layihəsi həyata keçirilərkən həmişə yerli rəsmilərlə müəyyən müzakirələr aparılır. Bu layihə davam edir və irəliləyir". 
"TAP bizim üçün ən böyük enerji layihəsi hesab olunur", - deyə K.Kalenda bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/i-taliyali-nazir-tap-bizim-ucun-en-boyuk-enerji-layihesi-hesab-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR