Bakıda İtaliya-Azərbaycan biznes-forumu keçirilib

Bakıda İtaliya-Azərbaycan biznes-forumu keçirilib
10:42 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Bakıda İtaliya-Azərbaycan biznes-forumu keçirilib. "Report" xəbər verir ki, tədbirdə İtaliyanın 20 şirkəti iştirak edib. İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda bu gün keçirilən forumun əhəmiyyətli olduğunu qeyd edərək əməkdaşlığın 3 istiqamətdə inkişaf etdiyini bildirib. 
Onun sözlərinə görə, bu istiqamətlər enerji sahəsi, İtaliyada istehsal olunmuş məhsulların idxalı, habelə sənaye sahəsində əməkdaşlıqdır. "Enerji sahəsində əməkdaşlıqda Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi böyük əhəmiyyətə malikdir. Eyni zamanda, uzun müddətdir ki, Azərbaycandan böyük həcmdə neft və neft məhsulları əldə edirik". 
"Əməkdaşlğın ikinci istiqamətinə gəldikdə isə bu, İtaliyada istehsal olunmuş "Made in Italy" məhsulları sahəsində əməkdaşıqdır. Bakıda çoxsaylı İtaliya markalarının nümayəndəlikləri açılıb. Üçüncü istuqamət isə sənaye sahəsində layihələrin təşviq edilməsidir", - deyə nazir əlavə edib.
K.Kalenda qeyd edib ki, hazırda Azərbaycanla əməkdaşlq etmək istəyən 4 böyük italyan şirkəti var: "Bu şirkətlər ölkəyə böyük sərmayə yatırmaq istəyir. Bu, metallurgiya, fındıqçılıq, müdafiə sənayesi, telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərdir". 
Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ikitərəfli əlaqələrin inkişafından danışaraq italiyalı nazirin Azərabaycanda iqtisadiyyatın diversifikasiyasını yüksək qiymətləndirdiyi bildirib: "İtaliya Azərbaycan üçün böyük iqtisadi maraq kəsb edən ölkədir. Əməkdaşlğın daha da inkişaf etməsi üçün böyük potensial var və potensialdan tam yararanmaq istəyirik".










Xəbərin orijinal ünvanı: https://report.az/biznes/bakida-i-taliya-azerbaycan-biznes-forumu-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR