İnsanlar niyə özlərini bədbəxt hiss edirlər?

Bədbəxtliyin səbəbləri: insanlar niyə özlərini bədbəxt hiss edirlər?

Heyvanlar sağlam olduqda və yetərincə yemək tapanda xoşbəxt olurlar. İnsanları da xoşbət edən bu olmalıdır. Amma sağlam olmaq üçün, yemək tapmaq üçün insan istər fiziki, istərsə də zehni güc sərf edilməlidir. Biz böyük bir çoxluğun xoşbəxt olmadığını görürük. Arzularımız artdıqca, xoşbəxt olma ehtimalımız azalır. Kiçik şeylərlə xoşbəxt olmağı bacaran insanlar isə olduqca azdır.

Bəzən xoşbəxt olduğumuz anlarda belə bədbəxtliyimizin həsrətini çəkir, təkliyə qapanmaq istəyirik. Alimlərin araşdırmalarına görə, 3 gündən artıq gülmək insanın ölümünə səbəb ola bilər. Həmçinin uzun müddət kədərli qalmaq xəstəlik və ölümlə nəticələnər.

İnsanları şənlik gecəsində, hansısa partidə izləyin. Hamısı sanki diş həkimindən qorxub, bağıran üz ifadəsi ilə gülümsəyir. İztirablı bir gülüşü xatırladır. Çoxu isə içib sərxoş olmaqla, bədbəxtliyin üstünü örtməyi düşünür.

Bu fərqli bədbəxtliklərin səbəbi qismən ictimai, qismən fərdi, qismən də psixoloji səbəblərdən qaynaqlanır. Tarix boyu xoşbəxt olanların sayını artırmaq üçün bir çox üsullardan istifadə edilib.

Məsələn, II Dünya müharibəsindən sonra Macarıstanda intihar epidemiyası yayılmışdı. İnsanların çoxu Dunay çayında boğularaq ölməyi seçirdilər. Getdikcə insanların sayı azalmağa başlayırdı. Bunun səbəblərindən biri kimi məşhur macar mahnısı "Gloomy sunday" (kədərli bazargünü) göstərilirdi. İnsanları xoşbəxt etmək üçün "Təbəssüm klubları" yarandı. Gülməyin müxtəlif növlərini öyrədən bu klublarda insanlara xoşbəxtlik aşılanırdı.

Bəlkə elə bu kədərli yazını oxuduqca sizin əhvalınız da korlanacaq. Amma xoşbəxt olmaq üçün yetərincə səbəblərimiz var.

Bertran Rassel xoşbəxtliyin başlıca səbəbi ilə bağlı 4 şərti belə izah edib.

–Mənə elə gəlir, ola bilsin, bunlardan ən birincisi sağlamlıqdır. İkincisi, korluq çəkməmək üçün yaxşı qazancının olmasıdır. Üçüncüsü, yaxşı şəxsi əlaqələrinin olmasıdır. Dördüncüsü, işində uğur qazana bilməkdir.

–Mənə elə gəlir, sizin sağlamlığınız yerində deyilsə, xoşbəxt olmağınız da çətin bir işə çevriləcəkdir. Sağlamlığın pozulması, şüurunuza da pis təsir eləyir, beləliklə də, siz özünüzü bədbəxt saymağa başlayırsınız. Ola bilsin, hansısa xəstəliklərə dözüb dayana bilərsiniz, ancaq onların hamısına dözmək olmur.

Xoşbəxt olmağı unutmayın!

Dəniz Pənahova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR