Bakı metrosunun eskalatorunda insident baş verib

Bakı metrosunun eskalatorunda insident baş verib
10:47 23 Fevral 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Bakı metorsunda bir nəfərin xəsarət alması ilə nəticələnən insident baş verib.
"Report"un məlumatına görə, hadisə ötən gün saat 15:00 radələrində metronun “Elmlər Akademiyası” metrosunun eskalatorunda qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü, Göygöl rayon sakini İsmayılov Tural Qaçay oğlu şəxsiyyəti məlum olmayan şəxsin hücumuna məruz qalıb. Nəticədə həmin şəxs T.İsmayılovu vuraraq ona xəsarət yetirib və gödəkcəsi cırılıb. Xəsarət yetirən şəxs isə hadisə yerindən qaçıb.
Metropolitendə Polis Şöbəsində naməlum şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-metrosunun-eskalatorunda-insident-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR