Ölkədəki bankların aktivləri nə qədərdir? - ARAŞDIRMA

Hazırda ölkədə 32 bank fəaliyyət göstərir. Bunlardan 2-si dövlət, 15-i isə xarici kapitallı banklardır.

İqtisadçıı ekspert Pərviz Heydərov Metbuat.az-a açıqlamasında bildirib ki, sözügedən 32 bankın bu ilin əvvəlinə cəmi aktivləri 31 milyard 439,5 milyon manat, öhdəlikləri isə 29 milyard 530,7 milyon manat həcmində təşkil edir:

“Fəaliyyət göstərən banklarının xarici öhdəliklərinin həcmi bu il yanvarın 1-i tarixinə 7 milyard 224,8 milyon manat təşkil edib. Bu da təxminən, 4,2 milyard dollar edir.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, son 1 ildə bankların xarici öhdəlikləri 979,7 milyon manat, yəni təxminən, 570 milyon dollar və ya 11,94 % azalıb”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR