Mixail Qorbaçov Almaniyadakı villasını satır

Mixail Qorbaçov Almaniyadakı villasını satır
10:52 23 Fevral 2017
173 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Almaniyanın Bavariya bölgəsindəki villasını 7 milyon avroya satışa çıxarıb. 
“Report” xəbər verir ki, məlumatı Almaniyanın “Süddeutsche Zeitung” qəzeti yayıb.
Villanın yerləşdiyi Oberax şəhərinin meri Kristian Kyok bildirib ki, M.Qorbaçov sonuncu dəfə 3 il əvvəl bu evdə olub: “Halbuki sakinlər əvvəllər onunla şəhərin küçə və restoranlarında tez-tez rastlaşırdılar”.
Qəzetin yazdığına görə, Qorbaçovlar ailəsi 11 il əvvəl Teqernzee gölünün ətrafında torpağı və malikanəni alıblar. 17 otaqlı bu malikanə 1908-ci ildə tikilib. 2006-cı ildə binanı Mixail Qorbaçovun yeganə qızı İrina Virqanskaya alıb. Villanın sahəsi 2,6 min kv metrdir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/mixail-qorbacov-almaniyadaki-villasini-satir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR