"YapıKredi Bank Azərbaycan" kapitalını artırır

"YapıKredi Bank Azərbaycan" kapitalını artırır
10:57 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ "YapıKredi Bank Türkiyə" törəmə şirkəti olan "YapıKredi Bank Azərbaycan" QSC-nin kapitalını 5 mln. ABŞ dolları (8,723 mln. manat) artırmağı planlaşdırır. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, "YapıKredi Bank Türkiyə" Azərbaycandakı törəmə bankının 99,8% səhmlərinə sahibdir.
"Report" xəbər verir ki, "YapıKredi Bank Azərbaycan" 2016-cı ili 10,328 mln. manat, 2015-ci ili isə 4,5 mln. manat zərərlə başa vurub. Bununla yanaşı, Bankın problemli kreditlərinin məcmu kredit portfelində xüsusi çəkisi 2016-cı ilin yekununda 24%-i keçib. Nəticədə, Bank kapitalına əlavə vəsait cəlb etməyə məcbur olub. Eyni zamanda, "YapıKredi Bank Azərbaycan" İFRS beynəlxalq mühasibat uçotu standartlarına görə 2016-cı ili mənfəətlə başa vurduğu bildirilir.
Xatırladaq ki, "YapıKredi Bank Azərbaycan"ın əsas səhmdarı olan "YapıKredi Bank Türkiyə" 2016-cı ili 2,933 mlrd. lirə həcmində mənfəət əldə edib, bu da ABŞ dolları ekvivalentində 820 mln.-a bərabərdir. Bu səbəbdən "YapıKredi Bank Azərbaycan"ın maliyyələşmə problemlərinin yaranmasını imkansızdır.
"Report"un analitik qrupu "YapıKredi Bank Azərbaycan"ın ən tezi 2018-ci ildə mənfəətə çıxa biləcəyini proqnozlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/yapi-kredi-bank-azerbaycan-kapitalini-artirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR