Proqnozlar Bürosu: Azərbaycanda hazırda müşahidə olunan hava şəraiti iki gün davam edəcək

Proqnozlar Bürosu: Azərbaycanda hazırda müşahidə olunan hava şəraiti iki gün davam edəcək
11:02 23 Fevral 2017
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ “Azərbaycanda hazırda müşahidə olunan hava şəraiti iki gün davam edəcək”.
Bunu “Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
O bildirib ki, yaxın iki gün ərzində ölkə ərazisində hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Yəni, yaxın iki gündə yağmurlu hava şəraiti müşahidə olunmayacaq. Temperatur rejimində dəyişiklik olmayacaq, havanın soyuması gözlənilmir”.
G.Məmmədovanın sözlərinə görə, fevral ayının 24-25-də arabir güclənən cənub qərb küləkləri öz yerini arabir güclənən şimal qərb küləyinə verəcək: “Yəni gün ərzində dəyişkən küləkli hava şəraiti müşahidə olunacaq”.
Qeyd edək ki, Milli Hidrometeorologiya Departamenti fevralın 23-dən 26-sı gündüzədək Azərbaycanın bəzi rayonlarında cənub-qərb, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/proqnozlar-burosu-azerbaycanda-hazirda-musahide-olunan-hava-seraiti-iki-gun-davam-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR