Çiy toyuqdakı ağ ləkələrə diqqət edin - Öldürücü xəstəlik yayılıb...

Aparılan yeni bir araşdırmaya görə, toyuqlar arasında əzələ xəstəliyi yayılıb.

Metbuat.az xəbər verir ki, “Compassionin World Farming” adlı heyvanları qoruma qrupunun yayımladığı videoda ən çox istifadə etdiyimiz məhsullardan olan toyuqlar haqqında maraqlı faktlar yer alıb. 

Mağazadan aldığınız toyuğun üzərində ağ xəttlər diqqətinizi çəkib?

Bir əzələ xəstəliyi olan bu yağ xəttləri fabrik təsərrüfatlarında böyüdülən toyuqların yetişdirilmə şərtlərindən qaynaqlanır.

CIWF açıqlamasında qeyd edib ki, araşdırmaların çoxu toyuqların sürətlə böyüdülməsi, daha çəkili olması və sinə hissəsinin daha böyük olmasının əzələ xəstəliyi ilə əlaqəsinin olduğunu göstərir. Ağ xəttlər sadəcə ətin keyfiyyətini aşağı salmır, eyni zamanda qidalandırıcı dəyərini də yox edir. Əzələ xəstəliyi olan toyuq daha yağlı olur .

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR