Konqoda qiyamçılar Gürcüstanın istefada olan hərbi təyyarəçisini girov götürüblər

Konqoda qiyamçılar Gürcüstanın istefada olan hərbi təyyarəçisini girov götürüblər
11:12 23 Fevral 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Gürcüstan Silahlı Qüvvələrinin istefada olan hərbi təyyarəçisi Soso Osiurauli Konqo Demokratik Respublikasında qiyamçılar tərəfindən girov götürülüb.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, qiyamçılar onun azad edilməsi üçün 1 milyon dollar tələb edirlər.
Gürcüstanın Müdafiə Nazirliyi hadisədən xəbərsiz olduğunu bəyan edib. Bildirilib ki, S.Osiuraulini Konqoya nazirlik göndərməyib.
Gürcüstanın Xarici İşlər Nazirliyindən isə bildiriblər ki, hadisədən xəbərsizdirlər, ancaq məsələni diqqətdə saxlayacaqlar.
Qohumlarının sözlərinə görə, o, iki ildən artıqdır Gürcüstandan gedib. Onlar Osiuraulinin girov götürülməsi haqqında xəbəri sosial şəbəkədən öyrəniblər. 
Məlumata əsasən, yanvarın 27-də Konqoda qiyamçılar onun idarə etdiyi helikopteri vurublar. O, sağ qalıb. Qiyamçılar S.Osiuraulini girov götürərək azad olunması üçün 1 milyon dollar ödənilməsini tələb edirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/region/konqoda-qiyamcilar-gurcustanin-istefada-olan-herbi-teyyarecisini-girov-goturubler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR