"Rəcəb İvedik 5”-in Avropa REKORDU

"Rəcəb İvedik 5”-in Avropa REKORDU
11:18 23 Fevral 2017
179 Şou
Ölkə mətbuatı
A- A+

Şahan Gökbakarın rejissorluq etdiyi və baş rolda çəkildiyi "Rəcəb İvedik 5" filmi Türkiyədə olduğu kimi, xaricdə də maraqla qarşılanıb.

Publika.az “Milliyet”-ə istinadən xəbər verir ki, 16 fevral tarixindən etibarən kinoteatrlarda nümayiş olunan film Türkiyədə həftə sonu cəmi 1 milyon 890 min 410 nəfər tərəfindən izlənib və rekord qırıb. Film Hollandiyada da həftə sonu ən çox izlənən komediya olub.

Holland mətbuatının yazdığına görə, sözügedən komediya hətta bir çox Hollivud filmlərini geridə qoyaraq izlənmə rekordu qırıb.

Xatırladaq ki, Şahan Gökbakarın oynadığı "Recep İvedik 5” adlı filmindəki boks səhnələri Azərbaycanda böyük səs-küy yaradıb. Bu səbəbdən də aktyor azərbaycanlı və türk idmançı arasındakı boks səhnələri çıxartmağa qərar verib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/188975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR