Kurtsdan Dağlıq Qarabağ AÇIQLAMAsı

Kurtsdan Dağlıq Qarabağ AÇIQLAMAsı
11:37 23 Fevral 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

"Silahlı münaqişələr bütün ATƏT ərazisində çoxlu dağıntılara və əzablara səbəb olub, bu münaqişələrin hərbi yolla həlli yoxdur".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts deyib.

Diplomat qeyd edib ki, bütün münaqişələr siyasi yolla həll olunmalıdır:

"Sədr ölkə qismində Avstriya ATƏT ərazisindəki münaqişələrin, o cümlədən Gürcüstanda, Dnestryanıda və Dağlıq Qarabağda münaqişələrin dinc yolla həll olunması üçün bütün səyləri dəstəkləyəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/520383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR