Müəllimlər 4 aydır ki maaş almırlar - Nazirlik susur

Müəllimlər 4 aydır ki maaş almırlar - Nazirlik susur
11:42 23 Fevral 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Dörd aydır ki, maaşlarını ala bilməyən Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin bir qrup müəllimi qafqazinfo-ya müraciət edib.

Milli.Az sözügedən sayta istinadən xəbər verir ki, onlar bildiriblər ki, 2009-cu ildən pilot layihə kimi məktəbdə inklüziv təhsil (sağlamlıq imkanları məhdud şəxslərin təhsili) verirlər. Müddətsiz müqavilə ilə işə qəbul olub, bugünkü günə kimi də məktəblə əməkdaşlıq edirlər. İndi isə onlara layihə müddəti bitdiyi üçün əmək haqlarının ödənilməyəcəyi deyilib:

"Gah deyirlər ki, layihənin müddəti bitib, gah da ştatların qanunsuz artırıldığını iddia edirlər. 2009-cu ildən ötən ilin sentyabr ayına kimi 7 il işləyib maaşlarımızı almışıq. Əgər dedikləri doğrudursa, bəs bizə necə büdcədən maaş ayrılırdı? Ştat cədvəlləri hər il Maliyyə Nazirliyinin qeydiyyatından keçirilir. Təhsil Nazirliyi layihə ilə bağlı hər hansı bir qanun pozuntusu aşkar edibsə, cavabdehlərin məsuliyyətə cəlb olunması üçün Baş Prokurorluğa müraciət olunmalıdır, bizim 4 aylıq maaşlarımızı kəsmək yox".

Şikayətçilər bildiriblər ki, problemlə bağlı dəfələrlə Təhsil Nazirliyinə rəsmi müraciət olunsa da, müraciətlər cavablandırılmır.

"Qafqazinfo" nazirliyə sorğu göndərsə də, məsələ ilə bağlı münasibət öyrənə bilmədik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR