İstefaya göndərilən generallar yenidən DİN-ə qaytarılır

İstefaya göndərilən generallar yenidən DİN-ə qaytarılır
11:43 23 Fevral 2017
188 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən həftə yaş senzi ilə bağlı vəzifəsindən azad edilən və pensiyaya göndərilən polis general-mayoru, DİN-in Baş istintaq idarəsinin rəisi Sərvər Mehrəliyevə yenidən vəzifə verilib.

General Mehrəliyev bu dəfə daxili işlər naziri Ramil Usubovun müşaviri təyin olunub.

Bundan əlavə istefaya göndərilmiş daha bir general DİN-ə qaytarılıb. Bu, ötən ay pensiyaya göndərilən, Bakı şəhər Baş polis idarəsinin rəis müavini, general-mayor Həsən Şirinovdur.

Maraqlıdır ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi postu ləğv edilib və onun yerində yeni vəzifə - Bakı şəhər Baş Polis İdarəsinin rəisinin köməkçisi vəzifəsi yaradılıb. Həmin vəzifəyə Həsən Şirinov təyin olunub. (Virtualaz.org)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/188980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR