"Bütün penaltilər mənlikdi" - Dmitri Nazarov

"Bütün penaltilər mənlikdi"  - Dmitri Nazarov
11:47 23 Fevral 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

“Qazandığımız penaltiləri mən vururam. Bir qayda olaraq dəqiq yerinə yetirirəm. Özümə əmin olmasam, topu mənə verməzlər. Komanda yoldaşlarım bilir ki, dəqiq yerinə yetirəcəm. Ona görə də penalti vurmaq üstündə mübahisələrimiz olmur”. Fanat.Az xəbər verir ki, bu sözləri “Aue”nin və Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov deyib.


 

II Bundesliqanın XXI turunda Braunşveyq “Ayntraxt”ı ilə səfərdə qollu bərabərə qalan (1:1) “Aue”yə 1 xalı qazandıran qola penaltidən məhz Nazarov imza atıb.

 

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komandanı həftəsonu növbəti tur çərçivəsində “Dinamo Drezden”lə oyun gözləyir. Yığmamızın üzvü Almaniya mətbuatına açıqlamasında fevralın 26-da baş tutacaq matça hazır olduqlarını bildirib. O, eyni zamanda ilk dəqiqələrdən meydanda olmaq arzusunu da gizlətməyib: “Komandada “coker” rolunu oynamıram. Əlbəttə ki, 10 dəqiqə və ya bir hissə meydanda olmaq məni qane etmir. Matçın ilk dəqiqəsindən etibarən komandama kömək etmək istəyirəm. Təbii ki, bütün futbolçular bunu hədəfləyirlər. “Dinamo Drezden”i evdə qəbul edəcəyik və bizi super atmosfer gözləyir. Bu üzdən ev oyunlarını yüksək səviyyədə keçirməliyik. Bu, bizim üçün xüsusi oyun olacaq. Hər kəs “Dinamo Drezden” barədə düşünür. Hədəfimiz öz meydanımızda 3 xal qazanmaqdı”.

 

 

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbutun-penaltilr-mnlikdiquot-t56466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR