86 oyunluq həsrət bitdi

86 oyunluq həsrət bitdi
11:54 23 Fevral 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

Avropa futbolunun ən zəif komandalarından sayılan Andorra və San-Marino yığmaları yoldaşlıq görüşündə üz-üzə gəliblər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyun Andorranın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 31-ci dəqiqədə penaltidən İldefonso Lima, 66-cı dəqiqədə isə Kristian Martines vurub.

Qeyd edək ki, hər iki komanda 2004-cü ildən qalib gələ bilmirdi. Bu qələbə sayəsində Andorra 86 matçlıq həsrətə son qoyub. Koldonun baş məşqçi olduğu komanda əvvəlki görüşlərindən 80-də uduzmuş və cəmi 6 heç-heçə etmişdi.

San-Marinonun isə 74 oyunluq intizarı davam edib. 2016-cı il sentyabrın 4-də Azərbaycan yığması səfərdə San-Marinoya 1:0 hesabı ilə qalib gəlib. İki komanda Bakıda bu il sentyabrın 4-də qarşılaşacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR