Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi: "Qış imtahan sessiyası ilə əlaqədar müraciətlər daxil olub"

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi: "Qış imtahan sessiyası ilə əlaqədar müraciətlər daxil olub"
12:07 23 Fevral 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Universitet və kolleclərdə keçirilən 2017-ci ilin qış imtahan sessiyası ilə əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciətlər daxil olub.
Bunu "Report"a açıqlamasında Baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, bu istiqamətdə araşdırmalar aparılır: "Araşdırmalar zamanı görsək ki, həmin müraciətlər realdır və qanunvericiliyin tələblərinə uyğundur, o zaman tədbir görüləcək. Bir neçə gün öncə, Gəncə şəhərində yerləşən Gəncə Musiqi Kollecində tələbələrdən müsbət qiymətlərin alınması üçün pul yığılması barədə daxil olmuş müraciətə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxıldı və tədbir görüldü".
K.Əliyev qeyd edib ki, digər sahələr üzrə də idarəyə şikayətlər daxil olub: "Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məlumatları ildə iki dəfə açıqlayır. Bizə daxil olan məlumatlar diqqətlə araşdırılır".

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/korrupsiyaya-qarsi-mubarize-bas-i-daresinin-reisi-qis-imtahan-sessiyasi-ile-elaqedar-muracietler-da

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR