Qiyamçılar gürcü pilot üçün bir milyon dollar tələb etdilər

Qiyamçılar gürcü pilot üçün bir milyon dollar tələb etdilər
12:13 23 Fevral 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcü hərbi pilot Konqo Demokratik Respublikasında qiyamçılar tərəfindən girov götürülüb.

Publika.az xəbər verir ki, bu haqda Gürcüstanın istefada olan polkovniki David Makişvili sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, qiyamçılar pilotun azad edilməsi üçün 1 milyon dollar tələb edirlər.

“Gürcüstan hökuməti, pilot Soso Osiurauliyə kömək edin. Vertolyotu vurulduqdan sonra onu Konqoda girov götürüblər. Onun təhlükəsizliyini və vətənə qayıdışı təmin edin!”- Makişvili bildirib.

Polkovnik “Rustavi 2” telekanalın efirində əlavə edib ki, Osiurauli Konqoya iki il əvvəl gedib. Onun idarə etdiyi vertolyot yanvarın 27-də qiyamçılar tərəfindən vurulub.

Telekanalın məlumatına görə, Gürcüstan Müdafiə Nazirliyi, həmçinin Xarici İşlər Nazirliyi bu kimi informasiyaya malik deyillər. Müdafiə Nazirliyindən bildirilib ki, S.Osiuraulini Konqoya nazirlik göndərməyib.

Xarici İşlər Nazirliyindən isə bildiriblər ki, hadisədən xəbərsizdirlər, ancaq məsələni diqqətdə saxlayacaqlar.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR