Antonio Quterreş BMT-də terrorizmə qarşı mübarizə idarəsi yaradılmasını təklif edib

Antonio Quterreş BMT-də terrorizmə qarşı mübarizə idarəsi yaradılmasını təklif edib
12:17 23 Fevral 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ BMT baş katibi Antonio Quterreş təşkilatda yeni strukturun - terrorizmə qarşı mübarizə idarəsinin yaradılmasını təklif edib.
"Report" xəbər verir ki, o, bu barədə BMT Baş Assambleyasına üzv dövlətlərlə görüşdə bildirib.
Bu idarəyə baş katibin yeni müavininin başçılıq edəcəyi güman edilir.
Qeyd edək ki, hazırda BMT-də Təhlükəsizlik Şurasının Antiterror Komitəsi fəaliyyət göstərir. Bu struktur BMT TŞ-də 2001-ci ildə, ABŞ-da törədilən 11 sentyabr terror aktlarından dərhal sonra yaradılıb.
A.Quterreşin sözlərinə görə, onun təklif etdiyi struktur BMT Təhlükəsizlik Şurasının mövcud strukturlarının işinə müdaxilə və ya onlara kurasiya etməyəcək, sadəcə, təşkilatın baş katibi vasitəsiylə BMT Baş Assambleyasına hesabatlar verəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/antonio-quterres-bmt-de-terrorizme-qarsi-mubarize-idaresi-yaradilmasini-teklif-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR