Trampın vergi güzəştləri gecikəcək

Trampın vergi güzəştləri gecikəcək
12:23 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Beynəlxalq maliyyə nəhəngi “Goldman Sachs” hökumətin vergi islahatı qanununu tezliklə reallaşdıra bilməyəcəyinə dair xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, “Goldman Sachs”ın hesabatına əsasən ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının əhəmiyyətli vədlərindən olan vergi güzəştləri və orta sinif üzərindəki vergiləri azaltmaq planları "Obamacare" səbəbiylə sürətli şəkildə həyata keçirilməyəcək.

Hesabatda bildirilir ki, ABŞ-da “Obamacare” adıyla tanınan sağlamlıq islahatının ləğvi aprelə planlaşdırılır. Lakin “Obamacare”nin ləğvi üçün Respublikaçılar arasında fikir ayrılıqları var. ABŞ Senatı da bu mövzuda çoxluğun dəstəyini almadığına diqqət çəkib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/188987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR