Böyük şəhəri su basdı: bənd də dağıla bilər - FOTO

Böyük şəhəri su basdı: bənd də dağıla bilər - FOTO
12:37 23 Fevral 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatındakı San-Xose şəhərini su basıb.

Milli.Az NBC-yə istinadən bildirir ki, Koyot-Krik çayının məcrasından çıxması səbəbindən 14 min sakin təxliyə oldunub.

"Su basmış ərazilərdəki evlərin sakinlərinə bu gün geri qayıtmağa icazə verilməyəcək. Xilasetmə strukturları hələlik situasiyanın öhdəsindən gəlməyiblər", - şəhər meri Sem Likkardo deyib.

Böyüklüyünə görə Kaliforniyanın üçüncü şəhəri olan San-Xose üç gündən bəri davam edən leysan yağışlarının əsirinə çevrilib. Yağıntıların yaxın günlərdə yenidən başlanacağı gözlənilir.

San-Xosedən şimaldakı Satter, Byutt və Yuba bölgələrində də vəziyyət kritikdir. Orovill su bəndi hər an dağıla biləcəyindən həmin bölgələrdə fövqəladə vəziyyət elan olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR