Kafkanın sirli və gizli kitabı - XIX əsrin erotikası

XIX əsrin erotikası və kilidli kitabın içindəki Kafka

Frans Kafka nəinki əsərləri, həyatı, hətta görünüşü ilə də dünyanın hər bir küncündə, günümüzə qədər mədəni bir şok dalğası yaratdı. Heç görmüsünüzmü, Dostoyevski, Stendal, Flober, Ceyms, Prust, Konrad görünüşünə, yaxud hər hansı bir şəklinə görə barmaqla göstəriləcək dərəcədə məşhurlaşalar? Onları daha çox kitablarına görə xatırlayırlar. Döşəməmizin üzərində bir böcək görsək Kafkadır deyəcəyik. Bütün böcəklər Kafkaya çevrilib. Yazdığı tək bir sözü belə oxumayan biri onu görüntüsündən tanıyacaq. Amma bu gün nə Kafkanın “Metamarfoza”sından, nə “Ka” sından, nə uğursuz məhəbbətindən, nə də nəsil qarşıdurması - at-oğul problemindən bəhs edəcəyik. Bu gün Kafkanın kilidli kitabının içinə girəcəyik.

Həmin kitabı o, valideynləri ilə birgə yaşadığı evdə saxlayır, nə zaman məzuniyyətə getsə, kilidli kabinetin açarlarını özü ilə aparırdı. Oksfordun “Bodleyn” kitabxanasında Kafkanın məqalələrini araşdırarkən, təsadüfən kolleksiyasını topladığı porno dərgiləri tapırlar. Deyəcəksiniz ki, hə, nə olsun, burda təəccüblü nə var ki? Haqlısınız, təəccüblü heç nə yoxdur. Bu gün 10 nəfərdən 8-i porno izləyir. Təəccüblü olan isə XIX əsrlə bu günkü dönəmin zövq meyarı arasındakı fərqi göstərməkdir. Həmin porno dərgilərdə hekayələrlə yanaşı, rəsm əsərləri də vardı. Elə rəsm əsəri ki, bu gün biz onu sadəcə rəsm əsəri kimi izləyib zövq alar, uzaq başı bir-iki nəfər stendal sindromuna tutular. Yəni heç bir həzz və şuluqluq törətməyən bu dərgiləri bəlkə Kafka da sadəcə rəsm əsəri kimi izləyirmiş. Amma və lakin içindəki hekayələri də oxuduqdan sonra qəti nəticə çıxarmaq olar ki, Kafka həzz dərgiləri oxuyub. Yenə də deyirəm, hə, nə olsun ki? Dərgidəki sürreal rəsmlərin Kafkanın təxəyyülünə yansımasını da sezmək olar.
Məhdud şəkildə dərc olunan və öncədən abunə olunanlara satılan “Ametist” dərgisi əxlaqa zidd hesab edildiyi üçün bir müddət yayınlanmadı. Jurnalın sahibi Franz Blei 1907-ci ildə "Ametist" adını dəyişərək jurnala “Opal” adını verdi. Amma yenə heç kimi aldada bilmədi. Dərgidə Maks Brodun qurmaca yazıları da vardı. Jurnal yayımını dayandıranda dərginin sadiq üzvü Kafka narahat olaraq, 1906-cı ildə Maks Broda məktubunda jurnalla bağlı belə yazır:
“Ametistə nə olub? Pulum hazırdı, gözləyirəm!”
1907-ci ilin avqustunda tətilə gedən Kafka yanında “Opal”ı da götürür. Xeyli içir, alovlu bir qızla gecə yarısınadək parkda qalır.
"Opal"ın yeni sayının gecikməsinə görə, tanrıya şikayətlənərək, “ Tanrı, niyə F. Bleni, Almaniyanı və bizi cəzalandırırsan?” deyərək sızıldayır.
Bunlar Kafkanın yeniyetmə dövründə olan şeylər deyildi. Dərgidə həmçinin eyni cinsdən olan pornoqrafik rəsm əsərləri və şeirlər də vardı.
Simvolist rəssam Gustav Klimtin rəsm əsərləri dövrün ictimai əxlaqına zidd olsa da dərgidə yayımlanırdı. Dərgidə 15 rəsm əsərindən ibarət qızların sevişmə səhnəsi olan rəsmlər də yer almışdı.
Kafka Milenaya məktublarının birində belə yazır:
“Sən mənə qadın kimi görünmürsən, bir qız kimisən, bu günə qədər səndən daha çox qız kimi birini görmədim. Pis, titrək, pəncəvari, hirsli, qərarsız, soyuq həm də isti əlimi sənə uzatmağımın heç bir yolu olmaz, şirin qız".
Dəniz









Dəniz Pənahova
( James Hawesin “həyatınızı məhv etmədən öncə niyə Kafka oxumalısınız” kitabından )esse - tərcümə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR