Ermənistan Müdafiə Nazirliyinə hücum olub

Ermənistan Müdafiə Nazirliyinə hücum olub
12:42 23 Fevral 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Yerevan sakini A.Yepremyan qanunsuz olaraq Ermənistan Müdafiə Nazirliyinin ərazisinə keçməyə cəhd göstərib. 
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, idarə etdiyi “Opel Astra” markalı avtomobili nazirliyin giriş darvazasına çırpıb. Nəticədə növbətçi gizir ona xidməti tapançadan 8 dəfə atəş açıb. A.Yepremyan xəsarət almasa da, həbs edilib. Ona “hərbi hissəyə və ya xüsusi mühafizə edilən hərbi obyektin ərazisinə qanunsuz soxulmaq” maddələri ilə cinayət işi açılıb.
Məlumatda Yepremyanın hadisəni törədən zaman sərxoş olduğu da bildirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistan-mudafie-nazirliyine-hucum-cehdi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR