Trampın ayaqyolu qərarı cinsi azlıqları ayağa qaldırdı - VİDEO

Hakimiyyətə gəldikdən sonra bir sıra mübahisəli qərarlar qəbul edən Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampın bu dəfəki hədəfi cinsi azlıqlar olub.

Metbuat.az xəbər verir ki, "Ağ ev" rəhbəri cinsi azlıq olan tələbələr üçün ayaqyolu seçimini ləğv edib. Sənədə görə, onlar şəxsiyyət vəsiqəsindəki cinslərinə görə ayaqyolunun uyğun bölməsindən istifadə etməli olacaq. 

Prezidentin bu qərarı birmənalı qarşılanmayıb. Cinsi azlıq nümayəndələri dövlət başçısının qərarına etiraz ediblər Onlar  "Ağ ev"in qarşısında aksiya keçiriblər. 

Qeyd edək ki, keçmiş prezident Barak Obamanın hakimiyyəti illərində cinsi azlıqla seçdikləri "cinsi vəsiqə" əsasında ayaqyolunun uyğun bölməsindən istifadə edirdi.

Sübhan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR