SSRİ-nin birinci və sonuncu prezidenti evini satır - FOTO

SSRİ-nin birinci və sonuncu prezidenti evini satır - FOTO
12:52 23 Fevral 2017
149 Dünya
Ölkə mətbuatı
A- A+

Mixail Qorbaçov Bavariya Alplarındakı villasını satır.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, söhbət XX əsrin əvvəllərində tikilmiş "Hubertus-Schlössl" malikanəsindən gedir. Nəşr bildirir ki, sahəsi 600 kvadratmetr olan villa Teqernzeye  gölünün sahilində yerləşir.

Rottax-Eqern kommunasının meri Kristian Kekin sözlərinə görə, Mixail Qorbaçov öz villasında tənha həyat sürürmüş. Yerli sakinlər ona hərdən bir yerli restoranların birinə piyada gedərkən görürmüşlər. Qeyd edirlər ki, 85 yaşlı Qorbaçov son zamanlar sağlamlığındakı problemlər üzündən malikanəyə gec-gec gəlirmiş.

Malikanənin qiymətinin 7 milyon avro olduğu vurğulanır.

Mixail  Qorbaçov 15 mart 1990-cı ildə SSRİ-nin ilk prezidenti seçilib. Beləliklə, azərbaycanlılar qarışıq bütün sovet insanlarının ilk prezidenti olub. 25 dekabr 1991-ci ildə SSRİ-nin dağılması ilə vəzifəsini itirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR