Azərbaycanda baytarlıq dərman preparatlarının istehsalı təşkil oluna bilər

Azərbaycanda baytarlıq dərman preparatlarının istehsalı təşkil oluna bilər
13:17 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan və Türkiyə baytarlıq dərman preparatları istehsal edən birgə müəssisə yarada bilər. "Report"un məlumatına görə, belə təkliflə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov çıxış edib.
A.Süleymanovun sözlərinə görə, Azərbaycan baytarlıq dərman preparatlarını ancaq xarici ölkələrdən idxal etməli olur: "Hər il ölkəyə dərman vasitələri idxal edilir və bu sahədə ölkə idxaldan çox asılıdır. Hesab edirəm ki, baytarlıq dərman vasitələrinin istehsalını həyata keçirəcək müəssisənin yaradılması olduqca vacibdir. Düşünürəm ki, bu məsələnin həll olunmasında Türkiyə tərəfi bizə kömək edə bilər.
Qeyd edək ki, A.Süleymanov bu təklifi Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin dünən Bakıda keçirilən VIII iclasında Türkiyə tərəfinə təqdim edib.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanda-baytarliq-derman-preparatlarinin-istehsali-teskil-oluna-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR