Vyana məşhur bala hazırlaşır - FOTO

Vyana məşhur bala hazırlaşır - FOTO
13:22 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Avstriya paytaxtı Vyana məşhur Opera Balına hazırlaşır. Dövlət Operasının binasında keçirilən bu bal sadəcə Avstriyanın əsas rəqs bayramı sayılmır. Hər il bu bala dünyanın müxtəlif ölkələrindən 5 minə yaxın qonaq yığışır.

Milli.Az European-a istinadən bildirir ki, ənənəyə uyğun olaraq Vyana balı debütantların iştirak etdikləri polonez rəqsi ilə açılır. Mərasimdə sadəcə, bir dəfə iştirak etmək olar. Builki ənənəvi polonezi 144 cütlük rəqs edəcək.

Builki "Opera hər yerdə!" sloqanlı Vyana balının təşkilatçısı 35 yaşlı Mariya Qrosbauerdir. Opera binasının bütün zalları məşhur operalardan səhnələrin əks olunduğu əsərlərlə bəzənib, əsas pilləkən isə sehrli meşəyə çevrilib. Mərmər Zal isə Mosartın "Sehrli fleyta"sının motivləri əsasında bəzədilib.

Əvvəlki ballarda avstriyalı milyarder Rixard Lungeri müşayiət edən qadınlar arasında Karmen Elektra və Kim Kardaşyan da vardı.

Lungerin builki tərəf-müqabili amerikalı aktrisa Qoldi Houn olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/520328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR