"Real"dan 350 minlik futbolçuya 20 milyonluq təklif

"Real"dan 350 minlik futbolçuya 20 milyonluq təklif
13:27 23 Fevral 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın transfer etmək istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, "Kral Klubu" "Bayer"dən Julian Brandti hədəfə alıb. 


"Marka"nın məlumatına görə, baş məşqçi Zinəddin Zidan 20 yaşlı alman yarımmüdafiəçini bəyənib və onun alınmasını istəyib. "Real" rəhbərliyinin yayda "Bayer"lə danışıqlar aparacağı deyilir. İddialara görə, "Kral Klubu" almanlara 20 milyon avro təklif edəcək.


Qeyd edək ki, Julian Brandt 18 yaşında - 2014-cü ildə "Volfsburq"un U-19 komandasından "Bayer"ə 350 min avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 20 milyon avro qiymət qoyub. Almaniyanın A millisinə cəlb olunan 20 yaşlı yarımmüdafiəçi cari mövsümdə 28 rəsmi oyuna çıxıb və 3 qol vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquotdan-350-minlik-futbolcuya-20-milyonluq-tklif-t56472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR