Əfsanəvi basketbolçu federasiya prezidenti seçildi

Əfsanəvi basketbolçu federasiya prezidenti seçildi
13:37 23 Fevral 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Yao Min Çin Basketbol Federasiyasının prezidenti seçilib.

Milli.Az Report-a istinadən xəbər verir ki, 37 yaşlı əfsanəvi basketbolçu bu vəzifəyə yekdilliklə layiq görülüb.

Bildirilir ki, Yao Minin federasiyaya rəhbər seçilməsi islahatlar proqramının bir hissəsidir. Əvvəllər bu postu yalnız hökumət məmurları tutublar.

Qeyd edək ki, 2,29 m boya malik sabiq basketbolçu 10 dəfə "NBA ulduzları" oyunlarında iştirak edib. Karyerasını 2011-ci ildə başa vuran Yao Min "Hyuston"un heyətində 486 oyun keçirib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR