Xəbəri az öncə dövlət televiziyası yaydı - İraqda önəmli hadisə...

İraq ordusu Mosulda İŞİD qruplaşması üzərində daha bir ciddi uğur əldə edib.

Metbuat.az  İraqın dövlət telekanalına istinadən məlumat verir ki, hərbi qüvvələr şəhərin qərbində yerləşən strateji önəmə sahib hava limanına daxil olub. Mosul hava limanının terrorçulardan tamamilə azad edilməsi üçün əməliyyatlar davam etdirilir. Hücumlar zamanı qruplaşma ağır itkilər verib. 

Qeyd edək ki, keçən həftə ordu Mosulun qərbindəki əməliyyatlara start verib. Şəhərin şərqindəki məntəqələr isə ötən ay nəzarətə götürülüb.

Sübhan / Metbaut.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR